Hansı daha alçaqdır: Paşinyan, yoxsa Sarkisyan? – VİDEObackend

Hansı daha alçaqdır: Paşinyan, yoxsa Sarkisyan? - VİDEO

Fevralın 24-də axşam Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 44 günlük Qarabağ müharibəsində “İsgəndər” operativ-taktiki raketlərinin istifadəsini təsdiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yerləşdirilən növbəti videoda qeyd edilir.

Videoda bildirilir ki, əslində məsələ Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yaxın günlərdə verdiyi müsahibədə döyüş əməliyyatları getdiyi müddətdə Paşinyanın “İsgəndər” raketlərindən istifadə etməməsi barədə açıqlamasından sonra başlayıb.

Paşinyan isə bu ittihamlara cavab olaraq deyib ki, “İsgəndər” raketləri tətbiq edilib, amma partlamayıb.

“Caliber” analitik layihəsinin növbəti süjeti iki şəxsiyyətsizdən hansının daha alçaq olmasına həsr olunub: cinayətə çağırış edənin, yoxsa cinayəti törətməyə çalışanın?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*