Hava şəraiti ilə bağlı yollardakı vəziyyət AÇIQLANDIbackend

Hava şəraiti ilə bağlı yollardakı vəziyyət AÇIQLANDI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. 

KONKRET.az həmin məlumatı təqdim edir:

1 Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi 

Yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var.  Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2 Giləzi – Xızı 

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3 Bakı – Qobustan 

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhərsaatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4 Qobustan – Şamaxı – Muğanlı 

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5 Muğanlı – Ağsu – Yevlax 

Yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Bakı – Ələt – Hacıqabul 

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7 Hacıqabul – Ucar – Yevlax 

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8 Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi 

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9 Muğanlı – İsmayıllı 

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10 İsmayıllı – Qəbələ – Oğuz – Şəki 

Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd 

Yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12 Yevlax – Şəki (Göybulaq) 

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13 Gəncə-Daşkəsən-Xoşbulaq 

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Şəmkir – Gədəbəy 

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16 Masallı – Yardımlı 

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Lənkəran – Lerik 

Yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz 

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*