Havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risklər yaradıbbackend

Havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risklər yaradıb

Nicat Nəsirli, kənd təsərrüfatı üzrə ekspert

Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaradır.Buna daha çox “bitkilər üçün stress amilləri” deyə bilərik. Sahələr üzrə:
Meyvəçilikdə- mövsümün bu çağında yağıntıların düşməsi məticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan “dəmgil”in aktivləşməsinə səbəb olur. Bağban dəmgilə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur;
Mövsümün ən sevilən giləmeyvəsi olan gilasa mənfi təsir göstərir. Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir;
Üstəgəl, mövsümün əsas zərərvericiləri olan “şərq meyvəyeyəni”, “şərq alma yeyəni” və Kaliforniya yastacasnın aktiv fazasıdır, onlara qarşıda ayrıca mübarizə aparılmalıdır.
Üzümçülükdə – temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə günəş yanıqlarının və büzüşmələrin əmələ gəlməsinə səbəb olur. Havanın rütubətli olması və gecə müşahidə edilən soyuqlar bir sıra göbələk xəstəliklərinin aktiv (mildiu, oidium, ölü kol və s.) inkişafına səbəb olur. Digər tərəfdən hava şəraitrində, xüsusən də gündəlik tempuraturda müşahidə edilən kəskin tərəddüdlər (amplitud) üzümdə metobolizm, fotosintez kimi fizioloji proseslərin pozulmasına səbəb olur ki, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir edir.
Əkinçilikdə- biçində ciddi fasilələr yaradır, tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır, üstəgəl biçilmiş məhsul xırmanda düzgün yerləşdirilməyibsə nəm havaların təsiri ilə çürüməyə səbəb ola bilər. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çugunduru sahələrində güclü küləklə müşayət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.
Yemçilikdə – biçin prosesində fasilələrə səbəb olur, biçilərək sahədə quruma mərhələsində olan otun keyfiyyətinə pis təsir göstərir, ot qaralır və təsərrüfat əhəmiyyəti itir.
Tərəvəzçilikdə – açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun bəribaşdan əmtəəlik qabliyyəti aşağı salır.
Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda , eyni zamanda quşçuluqda ideal havalar sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, hayvan daha iştahla yeyir və özünü bir növ komfortda hiss edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*