“Hazıram” – Arayik Arutyunyan da İrəvandadırbackend

"Hazıram" - Arayik Arutyunyan da İrəvandadır

Qondarma ölkənin separatçı prezidenti Arayik Arutyunyan hazırda İrəvandadır və Ermənistandakı siyasi böhrandan çıxmaq üçün vasitəçilik missiyasına hazırdır.

KONKRET.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan qondarma lider bu barədə özünün fesybuk səhifəsində açıqlama verib.

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarları ilə paytaxtın küçələrini dolaşır. Müxalifət isə paytaxtın digər tərəfində mitinq toplayır. Artıq Baş Nazirin tərəfdarları və əleyhdarları arasında kiçik toqquşmalar qeydə alınıb.

Arutyunyanın qeyd etdiyi kimi, Ermənistandakı daxili siyasi vəziyyət böyük narahatlığa səbəb olub:

“Bütün tərəflərə soyuqqanlılığı və ağlı başında olmağı tövsiyə edirəm, əks təqdirdə məğlubiyyətimiz dərinləşəcək və daha da ölümcül hala gələcək. Yetər, nə qədər qan tökdük, indi böhranı yumşaltmaq və uzunmüddətli inkişaf və möhkəmlənmə yolu ilə getmək vaxtıdır”.

NOCOMMENT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*