Hazırlaşaq: Nyuton hesablamalarındakı QİYAMƏT gününə AZ QALDI – DƏQİQ TARİXbackend

Hazırlaşaq: Nyuton hesablamalarındakı QİYAMƏT gününə AZ QALDI - DƏQİQ TARİX

İngilis fizik- riyaziyyatçısı İsaak Nyutonun hesablamalarında dünyanın sonunun tarixi qeyd olunub.

KONKRET.az bildirir ki, bütün elmlərdə dünyanın rəqəmlər üzərində qurulduğu deyilir. Hətta ərəbcə Quran kitabını oxuduqda ayələrin əruz vəzninin heca bölgüsündə olduğu duyulur. Bir sözlə, dəqiq ritm hiss olunur. Nyutonun özü də inanclı insan olub. Lakin o, dünyanın sonunu İncillə hesablayıb.

Bir faktı qeyd edək ki, insanlar onun bəzi ilahi-elmi işləri barədə 1936-cı ildə “Sotheby’s” hərracından sonra xəbər tutublar. Yanğın zamanı nisbətən korlanmış Nyuton qeydlərinə auksionda 800 min AZN xərcləyən də olub. 1680-cı illərə aid qeydlər Nyutonun Misir piramidaları, qədim fironçuların riyazi hesablamalarının öyrənilməsini əhatə edirdi. Məqsəd Süleyman peyğəmbərin Qüdsdəki məbədinin rekonstruksiyası idi. Çünki İncildə qeyd olunan heç bir abidənin Süleyman məbədi qədər əhəmiyyəti olmayıb. Nyuton bu məbədi öyrənməklə İncilin sirlərini açmaq istəyirdi. Daha doğrusu, qiyamət gününün tarixini!

Daniil və İohan ben Xavedi

Daniil İncildə adı keçən yəhudi köklü peyğəmbər, İohan isə İsa peyğəmbərin ən sevimli şagirdlərindən olub. Nyutonun axirət hesablamaları onların kitablarına əsaslanıb. Daniilin kitabının 7-ci başlığı:

“Bir imperiya bütün dünyanı talayıb dağıdacaq. Bu isə vaxt, vaxtlar və yarımvaxtlarda baş verəcək”.

Nyuton bunu belə deşifrə edib: il ərzində, iki ilə və yarım ilə;

Beləliklə, 365 günü əsas götürəndə 1277 rəqəmi alınır.

Lakin o vaxtın ilsayımı fərqli də ola bilərdi. Həm də ilahiyyatçılar bir İncil gününün bir ilə bərabər olduğunu iddia edirlər.

İohanın kitabının 11-ci başlığında isə deyilir:

“Dindarlar 42 ay müqəddəs şəhərə ayaq basacaqlar. İki şahid isə 1260 il ərzində peyğəmbərlik edəcək”.

1260-ı 30-a böləndə 42 alınır. Nyuton buna görə də 1260 rəqəmində qalıb. 800-cü ildə Roma Papasının böyük Arturu taclandırmasından sonra kilsəni mürtəd və korlanmış adlandıran fizik 1260-ı 800 ilə toplayıb.

Nəticədə 2060 alınır.

Nyuton apokalipsisi: insanların çoxunun öləcəyi fəlakət baş verəcək, həyatda qalanlar daha döyüşməyəcək, savaşmaq öyrədilməyəcək;

Alimlərin fikrincə isə dünyanın sonu 2040-2050-ci illərdə gələcək. Səbəb ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləridir.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*