Həbib Nurməhəmmədovu Daşkənddə elə qarşıladılar ki, özü də təəccübləndibackend

Həbib Nurməhəmmədovu Daşkənddə elə qarşıladılar ki, özü də təəccübləndi

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, tanınmış idmançı Həbib Nurməhəmmədovu müşayiət edən bir qrup döyüşçü Özbəkistanın paytaxı Daşkəndə gəlib.

Qeyd edək ki, o, 23 noyabrda “Humo Arena“da keçiriləcək GFC peşəkar döyüş turnirinin fəxri qonağı olacaq.

Hava limanında məşhur döyüşçünü izdihamla qarşılayıblar. Fəxri qonağı qarşılayanlar arasında Özbəkistanın Bədən tərbiyəsi və idman naziri Dilmurod Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti də olub.
Tanınmış idmançı Özbəkistanda bu cür təntənə ilə qarşılaşacağını gözləmirmiş. O, izdihamın qarşısında özbəklərə dərin minnətdarlığını bildirib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*