Həbibin atasını Moskva xəstəxanasına köçürdülərbackend

Həbibin atasını Moskva xəstəxanasına köçürdülər

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədov müalicəsini Moskvada davam etdirəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.

Qeyd edək ki, ötən ay koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Əbdülmanap Nurməhəmmədova pnevmoniya diaqnozu qoyulmuşdu.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*