“Biz heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində erməni deputat Eduard Ağacanyan deyib:
“Söhbət Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin başlamasından gedir. Bu, heç bir halda Ermənistanın dövlət maraqlarından imtina etməsi demək deyil. Əksinə biz əminik ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması Ermənistanın dövlət maraqlarından irəli gəlir” – deyə Ağacanyan vurğulayıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəklərini deyib. Eduard Ağacanyan bildirib ki, Ermənistanı kimin təmsil edəcəyi hələ müəyyənləşməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
