Həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirən hansı məmurlardır?backend

Həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirən hansı məmurlardır?

KONKRET.az Məhəmmədəli Qəriblinin yazısını təqdim edir:

“Vasif Talıbovdan sonra Naxçıvanda yaşanan qəribəliklərdən biri də, yeni məmur korpusunun həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirmələridir. Vəziyyəti bir az ətraflı izah edim.

Son dəyişiklərdən sonra, Naxçıvandakı rəhbər postlara Bakıda yaşayıb, işləyən çoxlu sayda məmur təyinat alıb. Çox gözəl, buna heç kim etiraz edə bilməz. Hər bir Azərbaycan vətəndaşının ölkənin istənilən yerində yaşamaq və işləmək hüququ var.

Ancaq bu hüquq şəxsin tutduğu dövlət postuna səhlənkar münasibəti ortaya qoymamalıdır. Bu adamlar günlərini demək olar ki, Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareysində keçirirlər.

Çünki vəzifəyə təyinat alan məmur bəylərin və xanımların demək olar ki, hamısının ailəsi Bakıda yaşayır. Bəlkə sən 5 il həmin postda işləməli oldun. Belə də getməlidir?

Adamın ailəsi Bakıda özü isə Naxçıvanda olanda onun işə də əli yatmaz. Həftə sonunu gözləyəcək ki, qaçsın Bakıya. Necə ki, bu, baş verir. Bir faktı da deyim ki, bu, həm də xeyli xərc deməkdir.

Bir adamın ayda 4 dəfə Naxçıvandan Bakıya, ordan da geri qayıtması üçün min manata yaxın xərc tələb olunur. Bunlar nə qədər maaş alır ki, onun 1000 manatını yola xərcləyirlər?

Dövlət qurumları AZAL-a sorğu verib, dediklərimin doğru olduğuna əmin ola bilərlər. Vallah, maliyyə səbəbindən mən ildə bir dəfə ancaq Naxçıvana gedə bilirəm.

Əslən Naxçıvandan olan, lakin Bakıda yaşayan vətəndaşlarımız biletin baha olması səbəbindən doğmalarının yas mərasimində belə tam ailə tərkibi ilə iştirak edə bilmirlər. Maşallah olsun, bizim yeni məmurlarımız isə bu marşrutu “su yoluna” döndəriblər”.

 

  • Afiq
    İyun 2, 2024 - 19:45

    Fuad nəcəfli heç ne edə bilmir.barlar açılıb sadece.xarab olanları da düzəltmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*