Həftəsonları taksilər fəaliyyət göstərəcək? – YEKUN QƏRAR – YENİLƏNİBbackend

Həftəsonları taksilər fəaliyyət göstərəcək? - YEKUN QƏRAR - YENİLƏNİB

Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu taksilərin işləməməsi ilə bağlı yekun qərar verib.

KONKRET.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək.

***

10:35
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi bu nəqliyyat vasitələrinin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

KONKRET.az trend-ə istinadən xəbər verir ki, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*