Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.
KONKRET.az xəbər verir ki,bu barədə aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. “Məlhəm” klinikasının bəzi “həkim”lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.(axaraz)