“Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanır“ – Ekspertbackend

“Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanır“ - Ekspert

Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olur. Hər kəs düşünür ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur.

Bu problemin səbəbbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

KONKRET.az xəbər verir ki, jurnalist Arif Əliyev mövzu ilə bağlı yenisabah-a danışıb. O, sosial verilişlərə baxan və tənqid edən auditoriyaların fərqli olduğunu bildirib:

“Düşüncəli, zəkalı, televiziyada maarifçilik verilişləri və ciddi sənədli filmlər görmək istəyən adamlar sosial verilişləri tənqid edir. Bilirlər ki, həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanıb və onların hisslərini istismar edir. Böyük əksəriyyət o səviyyədə deyil və bu cür verilişləri, başqalarının həyatının oyuna çevrilməsini izləmək onlara zövq verir. Buna görə həmin verilişlərin reytinqinin artmasının şahidi oluruq. Bu yalnız Azərbaycan üçün keçərli deyil. İstənilən ölkəni götürsəniz onun auditoriyasının böyük hissəsi bu cür aşağı səviyyəli zövqə, sensassion materiallara meyl edir və televiziyalar bundan istifadə edirlər.Əhalinin televiziya qarşısında göz yaşı tökdüyü əhvalatların çoxu quramadır.

Hərşey televiziya rəhbərliyindən və yaxud ölkədə televiziya rəhbərliyinə təsir edə bilən dairələrin məqsədindən asılıdır. Əgər məqsəd cəmiyyəti ciddi informasiyaya alışdırmaqdırsa, bu cür sosial verilişlər təbii ki dayandırılır. Yox, əgər məqsəd tamaşa düzəltməkdirsə, bu cür verilişlərin sayı artır”.

  • Zaur Bakidan
    Noyabr 23, 2021 - 20:48

    Nizim kanallarda yayimlanan 90% verliwler yenilenmelidir, aparicidan -studiyanin bezenmesine kimi. Butun kanallar yayim edir , pul yigimi ucun, amma esiLregebet edilmir , ki daha da cox puL qazansinlar. Bizim kanallar butun gunu sponsor axtarir, amma normalda sponsor yalvarmalidir kanala… 90 % verLiwler 0 keyfiiyet ve maraq !
    Mence en boyuk problem bacaran , woumen , mezeLi ve maraqli insanlar Dayisiz oLanlar …ortaya-TV- ye cixa bilmirler….
    Bu bardak belede davam edecek, problem budur !!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*