Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 364 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1902, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 36 585 nəfərdir.

