“Hər bir erməni hərbi peşə öyrənməli və ölkəni müdafiə etməlidir” – Avetik Kerobyanbackend

"Hər bir erməni hərbi peşə öyrənməli və ölkəni müdafiə etməlidir" - Avetik Kerobyan

“Ermənistan sakinlərinin əksəriyyətinin hərbi peşəsi olmalıdır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Hərbi Sənaye Komitəsinin keçmiş rəhbəri  Avetik Kerobyan bildirib.

Onun sözlərinə görə, Ermənistan sürətlə dəyişən regionda yerləşdiyi üçün peşəkar ordu sisteminə keçid edə bilməz:

“Bizdə hərbi xidmətə çağırış problemi var və olacaq. Əhalinin əksəriyyətinin hərbi təhsil alması, bu və ya digər hərbi peşəyə yiyələnməsi lazımdır. Daim dəyişən dünyada kiminsə ehtiyaclarımızı ödəyə biləcəyinə ümid etmək yanlış yoldur” – deyə Kerobyan vurğulayıb.

Kerobyan əlavə edib ki, hər bir erməni ölkənin müdafiə qabiliyyətinin artırılması prosesinə cəlb olunmalıdır:

“Müdafiə Nazirliyində  tez-tez baş verən dəyişikliklər hökumət başçısının səlahiyyətlərinə tam uyğun gəlir. Baş nazir komandaya kimi cəlb etmək barədə özü qərar verir” -deyə Avetik Kerobyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*