Hər gün limon yesək, immunitet möhkəmlənər?backend

Hər gün limon yesək, immunitet möhkəmlənər?

Limon soyuq aylarda yada düşən meyvədir. Əgər gündə limon yesək, orqanizmimizdə nə baş verər?

KONKRET.az Medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Yevgeni Belousov limonda olan yüksək miqdarda C vitamininin təsirindən danışıb.

“Amma bilməliyik ki, limon turşusu mədə turşuluğunu artırır və dişlərin emalını da dağıdır. Mədə problemi olanlara limon olmaz. Qastrit və xorası olanlara isə limon qəti olmaz. Eləcə də limon sitrus olduğu üçün allergik reaksiya, qaşınma verə bilər.

Həssas və kariyesli dişlərə limon daha da zərər verir. Amma limon immunitetə təsirlidir, qanı durulaşdırır, həzm sistemini stimullaşdırır.

Həkimlər gündə 1 ədəd limondan artıq istifadə etməməyi tövsiyə edir”, – deyə Belousov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*