Hər şey ADİLƏŞİR, hamı EYNİLƏŞİR, internet ZƏİFDİR? – DİQQƏTLİ OLUNbackend

Hər şey ADİLƏŞİR, hamı EYNİLƏŞİR, internet ZƏİFDİR? - DİQQƏTLİ OLUN

Bu il hər şey qəribədir:

– COVID barədə danışan azdır;

– Günlər daha tez keçir;

– Elə bir hiss var, sanki izlənilirsən;

– İnternetin zəifliyi;

– Mobil tətbiqlər təsadüfən pozulur;

– İnsanlar özünü eyni cür aparır;

– Hər şey saxta görünür.

KONKRET.az xəbər verir ki, koronavirus barədə danışanın azlığı “XXI əsrdə həyat” adlı oyunun proqramçıları tərəfindən COVID etapının keçildiyi deməkdir. Yəni onlar istədiklərinə nail olublar, virusla nəzərdə tutulan ölüm sayını üstələyiblər, hazırda Çində 300 milyona qədər yoluxma prosesindədirlər və deyəsən, bununla yeni vaksin tətbiqinə əsas yaradırlar, müharibə qurbanları barədə rəqəmləri də plan üzrədir.

– Günlərin daha tez keçməsi barədə Bill Qeyts planını paylaşmışdıq. Söhbət yerin öz orbitindən cüzi oynadılması ilə sutkanın 24 saatdan bir neçə dəqiqə azaldılması, dünyanın əksər yerində torpağın yararsız hala gətirilməsi və nəticədə canlı orqanizm yetişdirilməsinin qarşısını almaqdan gedir. Həmçinin Bill Qeyts və məxfi şefləri “süni bulud” layihəsinin tətbiqinə hazırlaşırlar. Bununla onlar günəşin Yer Planetini şüalandırmasının qarşısını kəsmək fikrindədirlər. Bəhanələri isə istiləşmənin qarşısını almaqdır;

– Günlərin daha tez keçməsi qəsdən yaradılan çətin soaial vəziyyətə görə insanların qaçhaqaçda olması ilə əlaqədardır. Həmçinin internet asılılığı güclənib;

– Müasir dövrdə izlənmə şübhəsi şübhədən daha çox həqiqətdir;

– İnternetin zəifliyi də reallıqdır;

– Mobil tətbiqlərin öz-özünə pozulması sizə məxsus cihazın başqası tərəfindən idarə olunması da ola bilər;

– İnsanlar özünü eyni cür aparır gerçəyini təsdiqləyən trendlər var. Hamı eyni cür plastik əməliyyat, saqqal, pirsinq, saç düzümü, geyim, şəkil və video pozaları ərsəyə gətirir. Sosial çətinliklərə görə isə insanların aurası da eynidir;

– Hər şeyin saxta görünmə təxəyyülü psixoloji aşılamanın nəticəsidir. Bu yolla insanları süni qida və rəqəmsal dünyaya hazırlayırlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*