Həştərxandan geri qayıdan təyyarə yenidən yola düşdübackend

Həştərxandan geri qayıdan təyyarə yenidən yola düşdü

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Buta Airways”dən bildirilib.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana yola düşüb.

Qeyd edək ki, Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*