Hindistan kriptovalyuta ilə bağlı QANUN İMZALADIbackend

Hindistan kriptovalyuta ilə bağlı QANUN İMZALADI

Hindistan parlamenti sərt kriptovalyuta vergi qanunlarını qəbul edib.

KONKRET.az xəbər verir ki, Parlamentin bir neçə üzvü ölkədə kripto sənayesinin inkişafına mənfi təsir edəcəyini nəzərə alaraq yeni qanuna qarşı çıxıb.
Məsələ burasındadır ki, qanun layihəsində təklif edilən müddəalar olduqca sərtdir.

Qanuna görə:
• Kriptovalyuta əməliyyatları üzrə 30% mənfəət vergisi tutulacaq.
• 1% əlavə vergi isə ödəyicinin ödəniş zamanı tutulacaq.
• Kriptovalyutada hazırlanmış hədiyyədən əlavə vergi nəzərdə tutulur.
• İnvestorlar itkilərə görə vergi endirimi edə bilməyəcəklər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*