“Hörmətli deputat, arada bir siz də sola verin, xalqın yanında dayanın” – Tanınmış jurnalistdən ETİRAZbackend

"Hörmətli deputat, arada bir siz də sola verin, xalqın yanında dayanın" - Tanınmış jurnalistdən ETİRAZ

“Deputat Tahir Mirkişili deyir ki, cərimələr qaydaları pozmamaq üçün müəyyən edilir.  Bəlkə də elədir. Amma mən hər gün “Babək” prospektinin “Maşın bazarı” ətrafındakı yol qovşağında başqa mənzərə görürəm”.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Xalid Kazımlı məlumat paylaşıb:

“Ora elə yerdir ki, yolu kəsib “Xəmsə”, “Neolit” tərəfə gəlmək üçün mütləq şəhərin mərkəzinə keçən sürücülərin insaflı olması lazımdır. İşıqfor yoxdur, dairə baş yolda olana üstünlük verir, şütüyən avtomobillərin arası kəsilmir, iki rəhmli sürücünü də eyni saniyədə tutmaq olmur, biri yol verəndə, o biri sürür keçir. Buna görə də, yolu kəsib keçmək istəyən sürücülər xeyli gözləməli və arada yaranmış 3 saniyəlik fürsətdən istifadə etməli olurlar. Yolu keçən kimi isə dirsəkdə gizlənmiş YPX maşını onları gözləyir. “Sağa ver, saxla”. Böyük məbləğli cərimə və ya elə-belə cərimə. Ona görə də, hörmətli deputat, arada bir siz də sola verin, xalqın yanında dayanın” – deyə Xalid Kazımlı fikirlərini tamamlayıb.

Xalid Kazımlı evə buraxıldı

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*