Hulusi Akar: “Azərbaycana gələcək quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”backend

Hulusi Akar: "Azərbaycana gələcək quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır"

“Türk əsgərləri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

KONKRET.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”, – deyə o qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını geri almaqla böyük bir uğura imza atdığını deyən H.Akar Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini deyib:

“Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa, onu etmişik və edəcəyik. Böyük Millət Məclisində Azərbaycanla bağlı qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*