Hulusi Akar: “Yunanıstana qaydalar çərçivəsində lazımi cavab verilib”backend

Hulusi Akar: "Yunanıstana qaydalar çərçivəsində lazımi cavab verilib"

Təəssüf ki, bu, yunan qonşularımızın tez-tez etdiyi təxribatçı hərəkətlərindən biridir. Dünən ortaya çıxıb. Bizim də özümüzə görə qaydalarımız var, qaydalar çərçivəsində lazımi cavabı verilib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Orada apardığımız iş tamamilə hidroqrafik araşdırmadır, zəlzələ ilə bağlı elmi, texniki bir işdir. Daha öncə yunan qonşularımızın özlərinin də etdiyi bir şeydir. Öz ərazimizdə özümüzlə əlaqəli elmi, texniki araşdırmamızı apararkən bu şəkildə təxribatın uyğun olmadığını, mehriban qonşuluq münasibətlərinə yaraşmadığını hamımız görürük. Həmişə dediyimiz kimi, dialoq tərəfdarıyıq, mehriban qonşuluq münasibətlərindən yanayıq, beynəlxalq hüquqa riayət edilməsinin tərəfdarıyıq, ancaq, təəssüf ki, bəzən bu kimi hərəkətlər olur. Bu mövzuda bizim mövqeyimiz, qərarımız, edəcəyimiz iş bəllidir. Bundan heç kimin şübhəsi, narahatlığı olmasın”, – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*