I qrup üzrə neçə abituriyent 600-dən çox bal toplayıb? – RƏSMİbackend

I qrup üzrə neçə abituriyent 600-dən çox bal toplayıb? - RƏSMİ

“Bu il I ixtisas qrupu üzrə 611 nəfər 600-dən yuxarı bal toplayıb. Keçən il 553 nəfər olub”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, 1903 nəfər 500-dən yuxarı bal toplayıb:

“Keçən il isə 500-dən yuxarı bal toplayanların sayı 1864 nəfər olub. 400 baldan yuxarı nəticə göstərən şəxslərin sayı bu il 3931 nəfərdir, keçən il bu rəqəm 3935 olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*