“İstəsək də, istəməsək də biz bunlarla qonşuluqda yaşamağa məhkumuq” – Aslan İsmayılovbackend

“İstəsək də, istəməsək də biz bunlarla qonşuluqda yaşamağa məhkumuq” – Aslan İsmayılov

“Ermənilər ərazini tərk etməmişdən əvvəl hərbi hissəni partladır və yaşadığı mənzilləri yandırırlar. Bundan sonra da özlərini mədəni, məzlum xalq kimi təqdim edəcəklər və hələ də bizim ərazilərdə yaşamaq, xüsusi status tələb edəcəklər. Həqiqətən də çox həyasızdırlar. Ərazini tərk edərkən bütün mal-mülklərini son çöpünə qədər, həm də donuzlarına qədər apardıqlarını yazmırlar

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bunları nnə qədər vəhşi olduqlarını dünyaya göstərmək üçün elə özlərinin yaydıqları materialları paylaşmaq kifayətdir və bunu hökmən etmək lazımdır. Xüsusilə gənclərdən, xaricdə yaşayan azərbaycanlılardan xahiş edirəm ki, durmadan erməni millətçiliyinin nə qədər vəhşi, murdar olduğunu faktlarla dünyaya yaysınlar. İstəsək də, istəməsək də biz bunlarla qonşuluqda yaşamağa məhkumuq. Bunlar isə öz murdarlığından əl çəkən deyillər. Ona görə də yüz illər keçsə də durmadan bunları ifşa etmək lazımdır. Tam səmimi deyirəm ki, bunların hiyləgər, yaramaz olduqlarını uşaqlıqdan eşitmişdim, ancaq bu qədər olduqlarını bilmirdim. Artıq bu 63 yaşımda kimin nə deməyindən asılı olmayaraq bildirirəm ki, bunlar almanların faşist ideologiyasından imtina edib peşmaçılıqlarını bildirməyənə qədər bunları daim təhlükə kimi görmək və müvafiq davranmaq lazımdır. Bunlar heç düzələnə də  oxşamırlar. Kəlbəcəri tərk edən məğlub, darmadağın edilmiş erməni zabiti belə deyir ki, biz buranı hazırlaşıb yenidən müharibə edib qayıtmaq üçün tərk edirik. Bu, hamının qulağında sırğa olmalıdır!” – A.İsmayılov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*