İflic adam 10 il sonra ayağa qalxıb YERİDİ – VİDEObackend

İflic adam 10 il sonra ayağa qalxıb YERİDİ - VİDEO

Niderlandda 10 il əlil arabasına məhkum olan 40 yaşlı Qert-Yan Oskam ayağa qalxaraq yeriyib. Bu, isveçrəli nevroloqların beyin dalğalarını oxumaq və əzələləri hərəkət etdirmək üçün xəstənin onurğa beyninə implant yerləşdirdikdən sonra baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Oskam 2011-ci ildə Çində velosiped qəzasından sonra iflic olub. Bədbəxt hadisədən sonra 40 yaşlı kişiyə boyun sınığı səbəbindən bir daha yeriyə bilməyəcəyi bildirilib. Lakin əməliyyatdan sonra o, möcüzəvi şəkildə arabadan qalxaraq bir dəfəyə 100 metrdən çox məsafə qət edib.

Qeyd olunub ki, bu əsaslı tədqiqatlar insult xəstələri, eləcə də iflic olan insanlar üçün cihazların yaradılmasına kömək edə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*