Sabah üçüncü ixtisas qrupu üzrə statistik göstəricilər açıqlanacaq.
KONKRET.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib.
O bildirib ki, üçüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlər onları maraqlandıran sualları hazırlamağa başlasınlar:
“Sabah canlı yayım vasitəsilə bu qrup üzrə statistik nəticələr elan ediləcək. Abituriyentlər onları maraqlandıran məsələlər barədə canlı yayım vasitəsilə suallarını ünvanlaya biləcəklər”.
3 cü qrup üzrə Pedeqodoji üniversitet üzrə ibtidai sinif statiksiyaları nədir?