
Özbəkistan və Türkiyə arasında imzalanmış hərbi maliyyə əməkdaşlığına dair anlaşma təsdiqlənib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bununla bağlı müvafiq fərmanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.
Bu fərmanla tərəflər arasında 27 oktyabr 2020-ci il tarixində Daşkənddə imzalanmış anlaşma öz təsdiqini tapıb.
Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulusi Akar 2020-ci ilin oktyabrında Özbəkistana rəsmi səfəri zamanı özbək həmkarı Bahadır Qurbanovla iki ölkə arasında Hərbi Maliyyə Əməkdaşlıq Sazişini və Nağd Yardımın İcra Protokolunu imzalayıb.
