İki universitetdə koronavirus aşkarlandı – 4 qrupda dərslər dayandırıldıbackend

İki universitetdə koronavirus aşkarlandı – 4 qrupda dərslər dayandırıldı

Azərbaycanda iki universitetdə koronavirusa yoluxma halı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb.

Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov bildirib ki, yoluxma halı Fizika və Riyaziyyat, İncəsənət və Fiziki Tərbiyə fakültələrinin tələbələri arasında baş verib.

Analoji hal Azərbaycan Dillər Universitetində də baş verib. Belə ki, universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığından qruplar distant təhsilə keçib. ADU-nun mətbuat katibi Ağa Cəfərli qruplarda yoluxma hallarının qeydə alınması ilə bağlı araşdırma aparıldığını və əlavə məlumatın veriləcəyini bildirib./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*