İlahi nizamı pozmaq istəyən PƏRDƏARXASI GÜC var: “Bill Qeyts oyuncaqdır”backend

İlahi nizamı pozmaq istəyən PƏRDƏARXASI GÜC var: "Bill Qeyts oyuncaqdır"

“Bill Qeyts, İlon Mask, Mark Zukerberq kimiləri dünya idarəçilərinin oyuncaqlarıdır. Onları dövriyyəyə buraxan güc pərdə arxasındadır”.

KONKRET.az xəbər verir ki, bu fikir türkiyəli araşdırmaçı Murat Akana məxsusdur. Sözlərinə təsdiq kimi Bill Qeytsin “süni bulud” ideyasından bəhs edib:

“Onlar iqlimdəki istiləşmə bəhanəsi ilə süni buludla günəşin qarşısını kəsmək istəyirlər. Bunu dünya Bill Qeyts layihəsi olaraq tanıdı, amma pərdəarxası gec Ceff Bezos, İlon Masklardan istifadə edərək özünü gizlədir. Ekoloji terroru da özləri həyata keçirir. Yoxsa Bill Qeytsin süni bulud layihəsinin arxasından Pentaqon çıxmazdı”.

Bir şey ki, layihənin koordinasiyası da Ağ Evin əlindədir. Süni bulud vasitəsilə qlobal güclər günəş şüasının Yer kürəsinin əksinə istiqatləndirib planetimizdəki havanı daha sərin vəziyyətə gətirmək istəyirlər. Layihə ilk dəfə 1980-ci ildə Harvard Universitetinin professoru Devid Keyt tərəfindən araşdırılıb. İndiyədək tətbiq olunmama səbəbləri isə bir çox mütəxəssisin tərəddüdü olub. Süni bulud layihəsinin 2025-də tamamlanması nəzərdə tutulub:

“Pentaqon iqlimi silah halına gətirir. ABŞ 2025-də hava şəraitinə hakim olmağı düşünür. Bəli, yenə 2025! Qlobal güclər ilahi nizamı pozmaq istəyirlər. Onlar Allahlıq iddiasındadır”.

Əfsus ki, Allahın yaratdıqlarını insan məhv edə bilir. Bunun təsdiqi kimi qətllər, atmosfer çirklənməsi, ekoloji terror və s. göstərmək olar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*