İlahi qüvvələr BU BÜRCLƏRİ qoruyur: “Yetər ki, həyatlarını DÜZGÜN qursunlar”backend

İlahi qüvvələr BU BÜRCLƏRİ qoruyur: "Yetər ki, həyatlarını DÜZGÜN qursunlar"

Nə qədər realist olursan ol, yenə də möcüzə, ilahi varlığa inanırsan. Hətta ateistlərin də tək qaldığı elə məqamlar olub ki, dua eləməkdən, yaxud Tanrı ilə xəyali dialoqdan başqa çıxış yolu tapmayıblar. Ümumiyyətlə, əksər insan hər şeyin Yaradanın ixtiyarında olduğunu, bir qismi isə Tanrının onları mühafizə etdiyini düşünür. 

KONKRET.az xəbər verir ki, astroloqlar da bu barədə araşdırma aparıb və birbaşa dünya yaradılışı tərəfindən himayə olunan bürcləri müəyyənləşdiriblər. Onların sayı üçdür:

Oxatan

Onlar uşaqlıqdan bəri uca güclər tərəfindən qorunduqlarını hiss edirlər. Necə çətin vəziyyətə düşməklərindən asılı olmayaraq çıxış üçün Oxatanlara göydən ipucu verilir. Yetər ki, göndərilən işarətləri düzgün yozaraq həyatlarını ona uyğun qursunlar.

Əkizlər

Hava ünsürü olan ilk bürcdür. Bəlkə də buna görə hava ilə bağlı olan hər şey onları himayə edir. Əkizlər özlərini ilahilərin sevimlisi kimi duyurlar. Hər şeyə rəğmən irəli baxırlar və bilirlər ki, istənilən çətinlikdə onların yardımı qeybdən də olsa, yetişəcək.

Qız

Pedant (vasvası, xırdaçı, çoxbilmiş) olduqları üçün onlarla ünsiyyət asan deyil. Yüksək mənəvi prinsiplərə hörmətlə yanaşır və dostlarından da eyni münasibəti tələb edirlər. Hərçənd uca qüvvələr onların məhz bu xüsusiyyətlərini bəyəniblər. Ona görə də Qızların əməksevərliyi mükafatlandırılır. Nəyinsə yolunda getməyəcəyini qabaqcadan hiss edirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*