İlham Əliyev Əmircanda parkda yaradılan şəraitlə tanış oldu – FOTOLAR – YENİLƏNİBbackend

İlham Əliyev Əmircanda parkda yaradılan şəraitlə tanış oldu - FOTOLAR - YENİLƏNİB

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlətimizin başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoyub.

Azərbaycan Prezidentinə parkda görülən işlər və yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş “7 Qoç” parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

***

13:31
Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*