İlham Əliyev, Putin və Paşinyan arasında gizli görüş olub? – İDDİAbackend

İlham Əliyev, Putin və Paşinyan arasında gizli görüş olub? - İDDİA

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfər edib.

KONKRET.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeri sensassion iddia ilə çıxış edib.

Yazıda qeyd olunur ki, Azərbaycan lideri İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 8-də, səhər saatlarında gizli üçtərəfli görüş baş tutub.

Xatırladaq ki, Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında qeyd edib ki, Moskva oktyabrın 8-də üçtərəfli görüş təşkil etmək niyyətindədir, lakin “kimsə” bu fikri dəstəkləməyib.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*