İlham Əliyevlə Vladimir Putin arasında GÖRÜŞ OLDU – YENİLƏNİB + VİDEObackend

İlham Əliyevlə Vladimir Putin arasında GÖRÜŞ OLDU - YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, bu görüşdən sonra üç ölkə liderlərinin görüşü başlayacaq.

***

 15:55
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilir.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı məlumat verib:

“Prezident Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə indicə söhbətə başlayıb. Bu görüş bitəndən sonra Putin, Əliyev və Paşinyan arasındakı görüşü gözləyəcəyik”.

Kreml rəsmisinin sözlərinə görə, bundan sonra Putinin Paşinyanla təkbətək görüşü olacaq.



***

15:35
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbaut Xidməti məlumat yayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*