İlon Mask Putini DUELƏ ÇAĞIRDI: “Stavka” – Ukraynadır” – FOTObackend

İlon Mask Putini DUELƏ ÇAĞIRDI: "Stavka" - Ukraynadır” - FOTO

Amerikalı sahibkar İlon Mask Putini duelə çağırıb.

KONKRET.az xəbər verir ki, İlon Mask Twitter-də Rusiya prezidenti Vladimir Putinə gözlənilməz mesaj dərc edib.

“Mən Vladimir Putini duelə çağırıram. “Stavka” – Ukraynadır”, – deyə o yazıb.

“Siz bu mübarizəyə razısınızmı?” – deyə Mask Rusiya Prezidentinin hesabına istinad edərək rus dilində əlavə edib.

Mask daha əvvəl Ukrayna münaqişəsi mövzusunu qaldırıb və onun şirkətləri SpaceX və Tesla-nın xammal və logistika sahəsində inflyasiya təzyiqi ilə üzləşdiyini bildirib.

“Tesla və SpaceX son vaxtlar xammal və logistika sahəsində ciddi inflyasiya təzyiqləri gördülər. Və biz tək deyilik”, – deyə Mask “Financial Times”ın 3 mart tarixli məqaləsinin linkini paylaşaraq, əmtəə qiymətləri Ukraynadakı vəziyyət fonunda Rusiyadan xammalın tədarükü ilə bağlı “narahatlıqlar səbəbindən” 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxdığını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*