Polşadan olan turist İndoneziyada vulkana dırmaşarkən yıxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli Kompas.com portalı məlumat yayıb.
Məlum olub ki, 53 yaşlı əcnəbi Bali adasında turizm agentliyinə rəhbərlik edib. O, bir sürücü və iki müştəri olan kiçik qrupu ilə Yava adasındakı İjen Təbiət Parkına gəlib. Səyyahlar fevralın 15-də səhər saatlarında aktiv vulkanı görmək məqsədilə həmin əraziyə gediblər.
Lakin dağa dırmaşarkən turist yıxılaraq yerindəcə keçinib.
Ariz Həsənoğlu,
KONKRET.az
