Tehran və Vaşinqton arasında iranlı general Qasım Süleymaninin öldürülməsi ilə yaranan gərginlik Yaxın Şərqdə müharibəyə çevrilərsə, İngiltərə nüvə sualtı qayıqlarından raketlərlə İranı vurmağa hazırdır.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “San” nəşri Britaniya ordusundakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İngiltərə İrana ilk hücum edən tərəf olmaq istəməsə də, ABŞ-a dəstək verməyə hazırdır.
Potensial hərbi əməliyyata “Tomahavk” raketləri ilə təchiz edilmiş sualtı qayıqların qatıla biləcəyi qeyd edilib.
Sözügedən təklifin Britaniyanın Baş naziri Boris Consona tətildən qayıtdıqdan sonra təqdim ediləcəyi bildirilib.
