İngiltərədən TƏCİLİ QƏRAR: Rusiyaya qarşı bu addım atılacaqbackend

İngiltərədən TƏCİLİ QƏRAR: Rusiyaya qarşı bu addım atılacaq

Böyük Britaniya Rusiya ilə mübarizə aparmaq üçün Avropanın yeni “Sky Shield” hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Qrant Şapps deyib.

Britaniyanın “Daily Mail” qəzeti yazır: “Qrant Şapps dünən təsdiqlədi ki, Böyük Britaniya Rusiya kimi düşmənlərin raket və dron zərbələrinin qarşısını alacaq yeni Avropa hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparır”.

Müdafiə naziri bildirib ki, London Avropalı müttəfiqləri ilə “Sky Shield” üzərində işləmək üçün ilkin mərhələdədir. O qeyd edib ki, Britaniya artıq səsdən sürətli “Typhoon” təyyarələri də daxil olmaqla çox qatlı müdafiəyə malikdir.

Xatırladaq ki, “Avropa Göy Qalxanı” layihəsi Almaniyanın təşəbbüsü ilə 2022-ci ilin avqustunda Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yaranıb. Hazırda o, Böyük Britaniya da daxil olmaqla 19 dövləti birləşdirir. Layihədə NATO üzvləri iştirak edir: Slovakiya, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Hollandiya, Rumıniya, Sloveniya, Estoniya və Norveç. 2023-cü ilin fevralında Danimarka və NATO-ya can atan İsveç də təşəbbüsə qoşulub. Həmin ilin iyulunda layihəyə İsveçrə və Avstriya da “hə” deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*