600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunurbackend

600 mindən çox vətəndaşı əhatə edə bilər: Yeni qayda müzakirə olunur

Milli Məclisin plenar iclasında çıxış edən deputat Məşhur Məmmədov Azərbaycanda 2024-cü il ərzində təxminən 386 min fermerə kənd təsərrüfatı subsidiyalarının ödənildiyini, lakin ümumilikdə torpaq sahələrinə malik olan vətəndaşların sayının 600 mindən çox olduğunu bildirib. Parlamentari vergi öhdəliyinin yaranmasının əsas səbəbinin uçot məsələsi ilə bağlı olduğunu qeyd edərək, bu sahədə bir sıra mühüm məqamların meydana çıxdığını diqqətə çatdırıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, deputatın sözlərinə görə, əvvəlcədən nəzərdə tutulan plana əsasən, təqribən 384 min fermerin hər birindən ildə 40 manat vəsaitin cəlb olunması planlaşdırılır. Lakin M.Məmmədov vurğulayıb ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hər hansı bir subyektin mühasibat uçotunun aparılması üçün ayrıca mütəxəssisə ehtiyac yaranacaq. Minimum əməkhaqqının 400-450 manat civarında olduğu və bu sahədə çalışan mühasibat işçilərinin orta əməkhaqqının daha yüksək məbləğ təşkil etdiyi nəzərə alınarsa, cəmi 40 manatlıq illik ödəniş müqabilində fermerlər dəfələrlə artıq əlavə maliyyə xərci çəkmək məcburiyyətində qalacaqlar. O, həmçinin regionlarda peşəkar mühasib kadrları tapmağın da çətinlik yaradacağını qeyd edib.

Qəbul ediləcək qanunvericilik normalarının praktiki icra mexanizmlərinin dəqiq hesablanmasının vacibliyinə toxunan parlamentari bildirib ki, büdcəyə cəlb olunacaq 16 milyon manatlıq vəsait əvəzinə fermerlərin mühasibat uçotunun qurulmasına yüz milyonlarla manat əlavə xərc çəkməsi kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına və bahalaşmasına, eləcə də aqrar sektorda çalışan vətəndaşların əlavə sosial-iqtisadi çətinliklərlə üzləşməsinə gətirib çıxara bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*