“İnsan nə qədər acgöz olar ki, bu situasiyadan pul qazanmaq istəsin” – Ramal-trans MMC kimindir?backend

"İnsan nə qədər acgöz olar ki, bu situasiyadan pul qazanmaq istəsin" - Ramal-trans MMC kimindir?

Bu günlər tanıdığım bir çox iş adamları ilə əlaqə saxlayıb problemləri ilə maraqlanıram. İndilərdə bildiyim bir hadisə məni dəhşətə gətirdi. İnsan nə qədər acgöz olar ki, bu situasiyadan da pul qazanmaq istəsin.

Belə ki, iş adamlarından birinin Almaniyadan bir neçə tır malı gəlib. Hər tırın gömrük xərcləri də hər tır üçün 70-100 min manat edir. Həmin şəxsin mağazaları bağlı olduğundan Bakı Baş Gömrük İdarəsindən xahiş edir ki, mağazalar bağlı olduğundan indi gömrük xərclərini ödəmək imkanı yoxdur. ona görə də xahiş edir ki, ya gömrük xərclərinin ödəməsinə möhlət versinlər, yaxud həmin malları onun öz anbarına boşaltsınlar və möhürləsinlər. Koronavirus təhlükəsi sovuşduqdan sonra mağazalar açılan kimi gömrük rüsumunu ödədikdən sonra mallarını ona versinlər.

Qeyd edim ki, qanunvericilik iş adamının xahişini təmin etməyə imkan verir. Gömrük işçiləri isə deyir ki, yox, malları bizim anbara boşalt. Həmin bir 250 kvadrat metrlik anbarın aylıq xərci 3542 manatdır. İş adamına isə bir neçə anbar lazım olacaq. Anbarlar isə Gömrük Xidmətinin yox, kiməsə məxsus Ramal-trans MMC-dir. İndi kiminsə cibini doldurmaq üçün onsuz da pis vəziyyətdə olan iş adamlarına bu cür problemlər yaratmaq artıq tək iş adamlarına yox, həm də Dövlətə düşmənçilikdir!

Aslan İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*