İnternet azadlığı ilə bağlı vəziyyət Amerika demokratiyasını Monqolustanın səviyyəsinə saldı – “Freedom House”backend

İnternet azadlığı ilə bağlı vəziyyət Amerika demokratiyasını Monqolustanın səviyyəsinə saldı - "Freedom House"

Qeyri-hökumət təşkilatı “Freedom House” təhlil edilən 65 ölkənin 40-da sosial şəbəkələrdə müasir nəzarət proqramlarının mövcudluğunu müəyyənləşdirib. “Əgər əvvəllər yalnız ən güclü kəşfiyyat xidmətlərində böyük məlumatlardan istifadə edən casusluq vasitələri var idisə, bu gün bu vasitələr bütün dünyada geniş yayılıb”, – deyə “Freedom House”-un texnologiya və demokratiya araşdırmaları şöbəsinin rəhbəri Adrian Şabaz məsələni şərh edib.

KONKRET.az bildirir ki, maliyyələşməsinin böyük hissəsini federal hökumətdən alan gözətçi qrupu (“The watchdog group”) 1973-cü ildən bəri yayımladığı və dünyada azadlıq vəziyyətini qiymətləndirən illik hesabatı ilə ən yaxşı tanınır.

Fevral ayında yayımlanan reytinqdə ABŞ azad ölkə olaraq təsnif edilən 87 ölkənin siyahısında 52-ci yerə düşüb, çünki son “qanunun aliliyində azalma” Amerika demokratiyasını Monqolustan, Yunanıstan və Xorvatiya səviyyəsinə salıb.

2018-ci ilin iyun ayından etibarən “Freedom on the Net” sorğu edilən 65 ölkədən 33-də İnternet azadlığının pisləşməsi ilə qarşılaşıb. Ən böyük pisləşmə laSudan və Qazaxıstanda, ardınca Braziliya, Banqdeş və Zimbabvedə müşahidə edilib. Yaxşılaşma 16 ölkədə qeydə alınıb, ən çox artım Efiopiyada olub.

Getdikcə daha çox dövlət sosial şəbəkələrdə ictimai rəyi idarə etmək üçün bot və saxta hesablardan (trollardan) istifadə edir. Bu hesabatda araşdırılan 65 ölkədən 38-də siyasi liderlər gizli şəkildə onlayn rəy formalaşdırmaq və rəqiblərini təqib etmək üçün insanları işə götürüblər – bu, daha bir rekorddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*