İqbal Məmmədov yenidən leriklilərin evinin altını qazmağa başladı: Əhali təhlükədədir – VİDEObackend

İqbal Məmmədov yenidən leriklilərin evinin altını qazmağa başladı: Əhali təhlükədədir - VİDEO

Deputat İqbal Məmmədov bir müddət fasilədən sonra yenidən Lənkəran – Lerik yolunun üstündə yerləşən Piran kəndini məhv etməyə başlayıb.

KONKRET.az-ın məlumatına görə, kəndin ortasından keçən Lənkəran çayının yatağında bu gündən başlayaraq yenidən çınqıl daşınır. Bu isə Piranda bir-neçə evi sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

Mövcud qanunvericilik çayların yatağının qazılmasını faktiki olaraq qadağan edir. Beləki qanunlar çayların yatağından maksimum 30 sm(0,3 metr) qalınlığında hissənin qazılmasını imkan verdiyi halda, İqbal Məmmədov çayın yatağını 4 metr dərinlikdə qazdırır. Bu isə birbaşa qanun pozuntusu olmaqla bərabər Piran kəndi başda olmaqla onlarla yaşayış məntəqəsi üçün təhlükə (sel, daşqın və s. bu kimi təhlükələr) yaradır.

İqbal Məmmədova məxsus zavod xeyli vaxtdır Lerik – Lənkəran yolu boyunca axan çayın yatağından çınqıl daşıyır. Çay boyunca hansı qanunsuzluqların baş verdiyini dəqiq deyə bilməsək də, çayın Piran kəndindən keçən hissəsində təbiətin vəhşicəsinə məhv edilməsi faktı ortadadır.

Təəssüf ki, İqbal Məmmədovu yaxından tanıyanların onun barəsində dedikləri özünü doğrutdu. Çünki pula görə, deputatın təbiətə vəhşi münasibətini davam etdirəcəyi şübhəsiz idi.

İqbal Məmmədovun merkantil maraqlarına görə məhv etdiyi kənddən görüntüləri təqdim edirik:

AzToday.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*