Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 19-da telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, məlumatı Ermənistan Baş Naziri aparatının İctimaiyyətlə əlaqələr və informasiya üzrə idarəsi yayıb.
Bildirilib ki, hökumət başçıları iki dövlət arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
