İran İnqilab Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın hərbi obyektlərinə zərbə hazırlayır.
KONKRET.az xarici mediaya istiandən xəbər verir ki, belə bəyanatla İranın ali dini Ayətullah Əli Xameneyinin hərbi müşaviri Hüseyn Dehqan CNN televiziya şirkətinin efirində bildirib.
“Müharibəni Amerika başladı. Buna görə onlar hərəkətlərinə məqsədəuyğun reaksiyaya hazır olmalıdır. Bu müharibə dövrünə son qoyacaq yeganə şey amerikalıların vurduqları zərbəyə bərabər zərbə almalarıdır”, – deyə Hüseyn Dehqan bildirib.
Hərbi müşavir vurğulayıb ki, cavab şübhəsiz ki, hərbi olacaq və hərbi obyektlərə qarşı yönəldiləcək.
O, həmçinin əlavə edib ki, İran rəhbərliyi heç vaxt müharibəyə cəhd etməyib və cəhd etməyəcəkdə.
