İran Müdafiə Nazirliyinin obyektində – İsfahan şəhərindəki sursat istehsalı zavoduna baş verən partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlayıb
KONKRET.az xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb.
Agentlik əyalət qubernatorunun müavinindən sitat gətirib: “Hadisə nəticəsində ölən və yaralananlar müəyyən edilməyib və hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb”.
İran Məclisinin (parlamentin) Milli Təhlükəsizlik Komissiyasının üzvü Heydərinin “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, komissiyanın üç üzvü partlayış yerinə getməyi planlaşdırır.
Günel Mikayılova,
KONKRET.az
