“İran Qarabağ məsələsində öz mövqeyini açıqlamalıdır” – Mirzoyanbackend

"İran Qarabağ məsələsində öz mövqeyini açıqlamalıdır" – Mirzoyan

“İran həm hərbi əməliyyatlar dövründə, həm də sonrakı mərhələdə bölgədəki digər ölkələrin Azərbaycan tərəfinin lehinə fəal iştirakını nəzərə alaraq “Artsax” məsələsində mövqeyini bildirməkdən çəkinə bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin sədri Ararat Mirzoyan İranın bu ölkədəki səfiri Abbas Zaxuri ilə görüşdə bəyan edib.

Mirzoyana görə, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmayana qədər münaqişə həll edilmiş hesab edilə bilməz.

O, Qarabağla bağlı üçtərəfli bəyanatın, xüsusən də əsirlərin dəyişdirilməsi bəndinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*