“İran Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb” – Zahid Orucbackend

"İran Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb" - Zahid Oruc

“İran silahlı qüvvələrinin Azərbaycana qarşı “ikinci cəbhə” açması təkcə İrəvanı məğlubiyyətdən xilas etmədi. 30 illik işğal sayəsində heç bir qoruyucu qüvvə və ayrıcı xətt olmadığı üçün İran özünü Qarabağla sərhəd, hətta onu özünün bir parçası kimi görməyə başlamışdı. İndi bizim 130 kilometrdən artıq cənub sərhədini azad etməyimizin əhəmiyyətini hər kəs yaxşı başa düşür – Azərbaycan Qarabağı təkcə bir dövlətdən geri almayıb”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, İranın ali dini lideri Əli Xameneinin “təhlükəsizliyini başqa qüvvələrə tapşıranlar şillə alacaqlar” sözləri daha çox Ermənistana aiddir, çünki Tehran və İrəvan bir siyasi mərkəzdə birləşəndə həqiqətən də ermənilərə təhlükə artacaq.

Onun sözlərinə görə, İranın Azərbaycan-İsrail münasibətlərinə dair iddiaları Azərbaycana və onun tarixi qələbəsinə qarşıdır.

Millət vəkili Qarabağ işğal altında olan müddətdə İranın bu ərazilərdəki qeyri-leqal fəaliyyətinə də diqqət çəkib.

“ABŞ və Avropa Birliyinin embarqolarından qaçmaq üçün İranın 25-dən artıq bankı, 400-dən çox şirkəti Xankəndi üzərindən xarici nəzarətdən yayınaraq, gizli şəbəkələri vasitəsilə on illər ərzində bir neçə milyardlıq maliyyə əməliyyatları aparıblar.İndi Qarabağ və ətraf ərazilərin yeraltı və yerüstü sərvətlərinin böyük əksəriyyəti İran şirkətlərinin əlindən çıxıb”, – deyə Z.Oruc əlavə edib./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*