İrana qarşı yeni plan: ABŞ və Aİ Tehranın əsas gəlir mənbəyini hədəfə aldıbackend

İrana qarşı yeni plan: ABŞ və Aİ Tehranın əsas gəlir mənbəyini hədəfə aldı

Avropa İttifaqı ABŞ-ın İranın gəlirlərini azaltmaq və ölkəni beynəlxalq maliyyə sistemindən daha da təcrid etmək məqsədi daşıyan iqtisadi təzyiq strategiyasını dəstəkləyib.

KONKRET.az xəvər verir ki, yeni yanaşma çərçivəsində İranla işləyən banklar, treyderlər, daşıyıcılar, sığorta şirkətləri və vasitəçilər üçün risklərin artırılması, Tehranın neft ixracına və beynəlxalq ödənişlərə çıxışının məhdudlaşdırılması nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, ABŞ və Aİ sanksiyalarının sinxronlaşdırılması İran iqtisadiyyatına ciddi təzyiq göstərə, valyuta gəlirlərini azalda və inflyasiyanı daha da sürətləndirə bilər. Bununla belə, İranın Çinlə iqtisadi əlaqələri və sanksiyalardan yayınma imkanları onun tam təcrid olunmasını çətinləşdirir.

Tehranın cavab olaraq ticarəti Qərbdən kənar bazarlara yönəltməsi, sanksiyalardan yayınma mexanizmlərini genişləndirməsi və Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməsi ehtimal olunur.

Beləliklə, Qərbin İrana iqtisadi zərər vurmaq imkanları artsa da, Tehranın siyasi mövqeyini dəyişməyə məcbur edilməsi hələ də qeyri-müəyyən olaraq qalır. Sərt təzyiqin yeni regional eskalasiyaya səbəb ola biləcəyi də istisna edilmir.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*