İranda havanın çirklənməsi il ərzində 20 800 nəfərin ölümünə səbəb olub.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Hava Təmizliyi və İqlim Dəyişikliyi İdarəsinin rəisi Abbas Şahsuni bildirib.
Onun sözlərinə görə, keçən il 27 şəhərdə havanın çirklənməsi il bağlı yaranan xəstəliklərə görə 20 min 800 nəfər həyatını itirib. O, paytaxt Tehranda bu rəqəmin 6 min 400 olduğunu qeyd edib.
Şahsuni bildirib ki, əvvəlki il eyni səbəblərdən həyatını itirənlərin sayı ölkə daxilində 41 min 700, paytaxtda isə 3 min 751 nəfər olub.
Qeyd edək ki, buna səbəb əhalinin sıxlığı, köhnə model avtomobillərin və motosikletlərin çox olmasıdıdır.

İqbal Rzayev,
KONKRET.az
