İranda qəzalı işıq dirəyi küçədən keçən kişinin üzərinə düşüb.
KONKRET.az xəbər verir ki, İrandan gələn son məlumatlara görə, Xuzistan əyalətində qəzalı işıq dirəyi küçədən keçən kişinin üzərinə düşüb. Hadisə nəticəsində, kişi elektrik dirəyinin altında qalaraq həyatını itirib.
Hadisə yerinə dərhal təcili yardım və polis əməkdaşları cəlb olunub, lakin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
İnsidentin səbəbləri araşdırılır.
Natiq Səlim,
KONKRET.az