İranda iki güclü zəlzələ baş verdibackend

İranda iki güclü zəlzələ baş verdi

Azərbaycanın cənub qonşusu İranda bir neçə zəlzələ baş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi birinci təkanın yerli vaxtla saat 17:05 radələrində 4,4 bal, ikinci təkanın isə 18:05 radələrində 4,9 bal gücündə baş verdiyini açıqlayıb.

Yeraltı təkanların episentri Çaharmahal və Bəxtiyari ostanın mərkəzi olan Şəhrikürd şəhərindən 89 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*