İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar oldu – Yenilənibbackend

İranda polis məntəqələrinə və hərbi bazalara hücumlar oldu - Yenilənib 

Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsi isə həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsi, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb.

***

04:23

İranda iki polis məntəqəsinə edilən hücumda ölənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.

Atışma nəticəsində hüquq-mühafizə orqanlarının altı əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*